İş təcrübəsi tələb olunmur!

İlkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanları.

Təcrübə proqramı - “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı Filialı

İşin detalları

Şirkətimiz 2020-ci il üçün ödənişli Təcrübə Proqramı elan edir.

Aşağıdakı şöbələr üzrə təcrübə keçmək istəyən tələbə və yeni məzunlar müraciət edə bilərlər:

● İnşaat Mühəndisi

● İnsan Resursları

● Hüquq

● Satınalma

● İT

● Mühasibatlıq

Proqramın müddəti 3 – 12 ay.

İş qrafiki: 9:00 – 18:00 (Baz. ert. – Cümə). Təhsil alan tələbələr üçün yarım gün iş imkanı yaradılacaq.

Əmək Məcəlləsinə əsasən rəsmiləşmə.

 

Ünvan: Bakı şəhəri.

 

 

Proqramın sonunda Təcrübə Proqramından qazancınız:

- İş imkanı;

- Xaricdə təcrübə imkanı (Türkiyə),

- Tövsiyyə məktubu.

 

 

Namizədlər test və müsahibə yolu ilə seçiləcək. 

Müraciət üçün mövzu bölümündə “TP [şöbənin adı]” yazaraq CV-lərinizi hr@ozguninsaat.com e-mailinə göndərin.

Son müraciət tarixi 30.12.2019.

 

Tələblər

 

Təcrübəçilərə tələblər:

         - Ali təhsil müəssisə tələbələri və ya yeni məzun olmuş şəxslər;

         - Ünsiyyət qurma bacarığı;

         - Komandada işləmə bacarığı;

         - Daim öyrənmək həvəsi.

İşə götürən haqqında qısa

“Özgün Yapı İnşaat Sanayi ve Ticaret Anonim Şirketi” başda inşaat olmaqla, enerji, kənd təsərrüfatı, heyvandarlıq, sığorta və digər xidmət sektorlarında 11 şirkət və 10 minə yaxın işçisi ilə fəaliyyət göstərməktədir. Şirkətin Azərbaycan Respublikasındakı Filialı 2013-cü ildə qeydiyyata alınaraq öz fəaliyyətinə başlamışdır. Fəaliyyətə başladığımız ilk dövrdən şirkətimizin əsas hədəfi yol tikintisinin inkişafında böyük uğurlara nail olmaq olmuşdur. Əsasən yol və körpü tikintisi layihələrini həyata keçirən şirkətimiz əcnəbi və yerli mütəxəssislərin peşəkarlığı nəticəsində bu sahədə öz üslubu ilə fərqlənir.

Tarixlər

Son müraciət: 2019-12-30
Başlama: 2019-01-10
Yerləşdirilib: 2019-12-09

Digər

Əmək haqqı: Ödənişli
Vakansiya tipi: Təcrübə proqramı
Yerləşmə: Bakı
Müddət: 3-12 ay

Sualın var?

Elan yerləşdirməklə və ya əməkdaşlıqla bağlı sual və təklifləriniz varsa bizimlə əlaqə saxlayın!

Email: info@stajer.az

X

Bizi izləyin!

Elanlarımızdan xəbərdar qalmaq üçün səhifəmizi bəyənin!