İş təcrübəsi tələb olunmur!

İlkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanları.

Loyallıq üzrə təcrübəçi - Emobile

İşin detalları

Sizin əsas vəzifə öhdəlikləriniz

  • Partnyor şirkətlərin satış və xidmət nöqtələrinin Ulduzum üzrə monitorinqinin təşkili və idarə olunması 
  • Loyallıq proqramının istifadəsini təhlil etmək və istifadənin artırılması məqsədilə yeni kampaniyalar yaratmaq və həyata keçirmək
  • Görülən işlər üzrə həftəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi
  • Loyallıq proqramı üzrə qoşulmuş partnyor şirkətlər ilə əlaqələrin idarə edilməsində komanda yoldaşlarına kömək etmək
  • Yeni qoşulmuş partnyorların treyninq olunması
  • Yeni qoşulmuş partnyor əməkdaşlarını Ulduzum haqqında məlumatların izah olunması
  • Bazarda yeniliklərin araşdırılması və təqdimat formasında təqdim edilməsi
  • Partnyorlarla təşkil olunan kampaniyalarda kampaniya meneceri ilə birgə çalışılması
  • Partnyorlar ilə çalışan digər komanda yoldaşlarına yeni işlərin hazırlanmasında köməklik göstərmək

Tələblər

* Ali təhsil
* Marketinq və ya idarəetmə sahələrində iş təcrübəsi və ya biliklərin olması üstünlükdür

Sizdən tələb olunan bacarıq və səriştəliklər

* Azərbaycan və Rus dillərini səlis bilmək (İng dili biliyi əlavə üstünlükdür)
* Ünsiyyət qurma və təqdimat etmə bacarığı
* Müstəqil olaraq işləmə bacarmağı
* Problemləri  həll etmə bacarığı
* Yeni texnologiya, yeniliklərdən xəbərdar olmaq
* Telekommunikasiya sektoru haqqında məlumatlı olmaq

Yalnız kişi namizədlər müraciət edə bilər.

 

CV-nizi office@emobile.az e-mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda “
Loyallıq üzrə təcrübəçi” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

İşə götürən haqqında qısa

Emobile - əməkdaşlıq etdiyi şirkətlərin biznesin inkişafı, satışların artırılması, müştəri sadiqliyi və digər məqsədlərinə yönəlik xidmət və həllər təklif edən peşəkar marketinq agentliyidir.

2013-cü ildən bir kontent provayderi olaraq fəaliyyətə başlayan şirkətimiz hazırda mobil marketinq, sadiqlik layihələrinin qurulması və idarəedilməsi, telemarketinq, onlayn hesabatlılıq, toplu telekom məhsullarının satışı, eləcə də mobil tətbiqlərin hazırlanmasıı və digər xidmətlər göstəməklə öz tərəfdaşlarının biznesinə əhəmiyyətli töhfələr vermiş kontent, məhsul və xidmətlər provayderinə çevrilib.

Hazırda peşəkar İT mütəxəssisləri, marketinq heyəti, çağrı mərkəzi və digər logistik heyətə sahib bir şirkət olaraq Bakcell, Mastercard, Unibank, Xalqbank, Azərfon kimi iri şirkətlərlə, ayrı-ayrı layihələr çərçivəsində isə yüzlərlə hotel, restoran, əyləncə mərkəzi, mağazalar şəbəkəsi və digərləri ilə tərəfdaşlıq edirik.

Tarixlər

Son müraciət: 2019-09-15
Başlama: 2019-08-08
Yerləşdirilib: 2019-08-08

Digər

Əmək haqqı: Ödənişli
Vakansiya tipi: Təcrübə proqramı
Yerləşmə: Bakı
Müddət: 3 aylıq

Sualın var?

Elan yerləşdirməklə və ya əməkdaşlıqla bağlı sual və təklifləriniz varsa bizimlə əlaqə saxlayın!

Email: info@stajer.az

X

Bizi izləyin!

Elanlarımızdan xəbərdar qalmaq üçün səhifəmizi bəyənin!