İş təcrübəsi tələb olunmur!

İlkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanları.

Ofis menecer - Green group

İşin detalları

Rəhbərliyin tapşırığı ilə sənəd və hesabatların hazırlanması.

Tapşırıqların yerinə yetirilməsi planının təşkilini, qərarların qəbul edilməsini və onların bilavasitə icraçıya bildirilməsini həyata keçirməyi bacarmalı.

Təşkilati və idarəçilik işlərinin həyata keçirilməsi.

Yazı-sənədləşmə işləri.

Rəhbərliyə təqdim edilən arayış və məruzələri təhlil etməyi bilməlidir (zəruri hallarda).

İş zamanı geyim forması rəsmi olmalıdır.

İş qrafiki: həftə içi 5 gün(bazar ertəsi cümə), 7 saat(10:00-17:00)

Ünvan: Şamil Əzizbəyov 170\Avenue Veraj


Namizədlər, mövzu yerinə elanın adını yazaraq şəkilli cv-ni qeyd olunan email ünvanına göndərə bilərlər!

 

Tel: (070) 256 39 38
hakimoglu90@inbox.ru

Tələblər

Təhsil - Ali

Cinsi - Qadın

Kompyuter bilikləri: Ofis proqramları (Microsoft Office Word, Excel, Outlook, İnternet Explorer).

Əmək mədəniyyəti, xidməti işgüzar ünsiyyət etikasını bilməli.

Gülərüz, xoş, işgüzar görünüşlü olmalıdır.

İşə götürən haqqında qısa

“ Green MMC” 1993-cü ildə yaranmış iri Holding müəssisəsidir.Bugün şirkətin müxtəlif fəaliyyət sferasında 10 törəmə müəssisəsi vardır. Daşınmaz əmlak, təhsil, mədəniyyət, ticarət, beynəlxalq turizm, elmi tədqiqat, yüngül və yeyinti sənayesi və s. sahələri əhatə edən çoxşaxəli transmilli nəhəngə çevrilmişdir. İstehsal gücləri dünyanın 5 kontingentində yerləşmişdir: Şimali Amerika, Asiya, Avropa, Avstraliya və Afrika. 1997-ci ildə korporasiya dünya bazarına çıxıb və Brendi 200-dən çox ölkədə qeydiyyatdan keçib, dünyanın 124-dən çox ölkəsində rəsmi qeydiyyatdan keçib. Azərbaycana isə 2002-ci ildə Respublikanın Ədliyyə və Səhiyyə Nazirliyinin qeydiyyatından keçmişdir. Respublikanın bütün qanunlarına hörmət edir. “Green MMC” öz məhsullarını hazırlayan və istehsal edən çoxsahəli korporasiyadır. Son hesabat ilində kompaniyanın illik mal dövriyyəsi 18 milyard dollardan çox olmuşdur. Korporasiya həmçinin öz əməkdaşlarının təhsilinin təkmilləşməsinə çox böyük qayğı götərir. 1998-ci ildə dünyanın aparıcı 10 marketoloq və psixoloqu tərəfindən “UĞUR SİSTEMİ” adı altında çox uğurlu təlim sistemi işlənib hazırlanmışdır. Şirkət Azərbaycanda yüngül və yeyinti sənayesinin məhsulları ilə təmsil olunur.Korporasiya istehsal etdiyi məhsulların üzərində çox ciddi nəzarət sistemi qurmuşdur. Bunun nəticəsi olaraq şirkət bir çox medal və sertifikatlarla təltif olunmuşdur. • İSO 9001/02 saylı ənyüksək keyfiyyət sertifikatı • Ümumdünya Səhiyyə Təşkilatının 16 kubok, 49 qızıl medal və 143 sertifikat • Yeni və farmaseftik məhsulların keyfiyyətinə nəzarət üzrə Amerikanın Federal Assossiasiyasının FDA keyfiyyət nişanı • GMP keyfiyyət nişanı. Bu nişanı əldə etmək üçün istehsal 4 kriteriyaya cavab verməlidir: 1. Bina və avadanlıqlar elm və texnikanın son nailiyyətlərinə cavab verməlidir. 2. Texnalogiya ən yüksək və elm utmlu olmalıdır. 3. İşçi keyfiyyəti yüksək ixtisaslı və xüsusi hazırlıqlı olmalıdır. 4. Xammal yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz və təbii olamlıdır. • 2001-ci ildə Ekologiyanın beynəlxalq mühafizəsi üzrə ən yaxşı müəssisə mükafatı • Rusiyanın Millətin sağlamlığının möhkəmləndirilməsi praktik tövhələrə görə qızıl medal • Rusiyanın Kosmonavtlar üçün ən yaxşı sağlamlaşdırıcı məhsul diplomu • 2002-ci ildə Green MMC şirkəti BMT-nin rəsmi tədarükçüsü kimi qeydə alınıb • 2004-cü ildə HALAL sertifikatı Beynəlxalq Kredit Bankı kapital qoyuluşuna görə AA kateqoriyasına aid etmişdir. Müqayisə üçün bildirək ki, ən etibarlı bank sayılan İsveç bankı AAA kateqoriyasına aid edilir. Green MMC korporasiyası xeyriyyə məqsədləri üçün də çox böyük vəsait sərf edir. Məktəb tikintisini maliyyələşdirmiş, əlil və az təminatlı ailələrə kömək və təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün sosial proqramların həyata keçirilməsində yaxından iştirak etmişdir. 

Tarixlər

Son müraciət: 2019-05-28
Başlama: 2019-04-28
Yerləşdirilib: 2019-04-28

Digər

Əmək haqqı: Ödənişli
Vakansiya tipi: İş
Yerləşmə: Bakı
Müddət: qeyd edilməyib

Sualın var?

Elan yerləşdirməklə və ya əməkdaşlıqla bağlı sual və təklifləriniz varsa bizimlə əlaqə saxlayın!

Email: info@stajer.az

X

Bizi izləyin!

Elanlarımızdan xəbərdar qalmaq üçün səhifəmizi bəyənin!