İş təcrübəsi tələb olunmur!

İlkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanları.

KURRİKULUM MÜƏLLİMİ - Vision Academy

İşin detalları

-Yüksək motivasiya və tələbələri cəlb etmək qabiliyyəti
-Dərs planını proqramlaşdırmaq və dərslərin proqram üzrə təşkilini təmin etmək
-İnnovativ kurikulum təcrübələrin tədqiq edilməsi
-Kurikulum və qiymətləndirmə standartlarının tətbiqi
-Tələbələrin dərsə davamiyyəti və aktivliyinin qeydiyyatının aparılması
-Həm nəzəri, həm də praktiki proqram materiallarının hazırlanıb tələbələrə təqdim edilməsi

Yuxarıda sadalanan tələblərə cavab verən namizədlərin Mövzu yerinə vakansiya adı MİQ - Kurikulum müəllimi qeyd edərək hr@visionacademy.az e-mail ünvanına müraciət etmələri xahiş olunur.

Tələblər

-Pedaqoji sahədə ali təhsil (minimum bakalavr)
-Fərdi və qruplarla işləmək bacarığı
-Müvafiq sahə üzrə miniumum 2il iş təcrübəsi
-Kurrikulum imtahanlarında iştirak edib, nəticə əldə etmiş
-Ölkənin təhsil sistemi haqda məlumatlı
-Ciddi, məsuliyyətli, tələbkar
-Peşəsinə yüksək motivasiya ilə yanaşma
-Tələbələrə fərdi və differensial yanaşma
-Yüksək çalışmaq və öyrətmək həvəsi
-Dərslərin idarə edilməsi bacarığı
-Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı
-Ünsiyyət qurma və səlis danışıq qabiliyyəti
-Müxtəlif yaş qrupları ilə çalışmaq bacarığı

İşə götürən haqqında qısa

Vision Academy 2009-cu ildən bəri fəaliyyət göstərir. Fəaliyyətə başladığı gündən bəri öz məqsədinə sadiq qalaraq elm və bilik öyrənmək istəyənlərin əsas seçimlərindən biridir.

Vision Academy-nin əsas hədəflərindən biri də ölkəmizin təhsil sisteminin inkişafına dəstək vermək, bu sahədə yeniliklər yaratmaqdır. Bundan başqa dünya praktikasını ölkəmizə gətirməklə müxtəlif sahələrdə professional kadrların yetişməsinə xidmət etməkdir.

Vision Academy ilk dəfə olaraq dövlət qulluğuna qəbul, yerli və xarici neft şirkətlərinə işə qəbul imtahanlarına hazırlığı təşkil etmişdir. Bu kurslar üzrə hazırlıq hazırda da uğurla davam edir.

Bu gün biz istər neft şirkətlərində, istərsə də dövlət müəssisələrində çalışan məzunlarımızın uğurlarıyla qürur duyuruq.

Vision Academy hazırlıq keçdiyi bütün kurslarda hər zaman öz fərqli metodlarından istifadə edərək dinləyicilərinin istək və tələblərinə uyğun təhsil vermişdir.

Həmçinin bunu da qeyd edək ki, Vision Academy Azərbaycanda ilk dəfə olaraq Primavera 6 planlama və Rhinoceros 3D dizayn kurslarını təşkil etmişdir.

Yeni bir dil öyrənmək, karyerasında irəliləmək, dövlət müəssisələrində çalışmaq, bir sözlə, öz gələcəyini qurmaq istəyən hər kəsi Vision Academy-də gözləyirik.

Tarixlər

Son müraciət: 2018-11-30
Başlama: 2018-11-20
Yerləşdirilib: 2018-11-19

Digər

Əmək haqqı: Ödənişli
Vakansiya tipi: İş
Yerləşmə: Bakı
Müddət: qeyd edilməyib

Sualın var?

Elan yerləşdirməklə və ya əməkdaşlıqla bağlı sual və təklifləriniz varsa bizimlə əlaqə saxlayın!

Email: info@stajer.az

X

Bizi izləyin!

Elanlarımızdan xəbərdar qalmaq üçün səhifəmizi bəyənin!