İş təcrübəsi tələb olunmur!

İlkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanları.

Merçendayzer - Delta Group C.O. LLC

İşin detalları

·        Satış nöqtələrində müştəri ilə məhsulun yerləşmə yerini müəyyən etmək

·        Rəflərdə məhsullarını tələblərə uyğun olaraq düzgün düzülüşünü təmin etmək

·        Rəfləri səliqəyə salmaq və daim onları nəzarətdə saxlamaq

·        Rəflərdəki məhsulların istehsal tarixlərinə və əmtəə görünüşə nəzarət

·        Məhsulların promo satışın aparılması

·        Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək

Tələblər

Yaş həddi: 18-30 yaş

Təhsil: Orta və ya Ali

İxtisas Bilikləri və Bacarıqlar: Ünsiyyətcillik, dəqiqlik və məsuliyyət, sərbəst işləmək və problemləri həll etmə bacarığı

Dil Bilikləri: Azərbaycan dili

İş yeri: Bakı şəh.

İşə götürən haqqında qısa

"Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyət 1999 – cu ildə təsis edilmişdir. Müəssisə hazırda öz fəaliyyət sahələri istiqamətində Azərbaycan bazarında əhəmiyyətli yer tutmaqdadır.

“Delta Qrup C.O.” MMC – də çoxillik iş təcrübəsinə malik, ixtisaslaşmış 850 nəfər işçi qüvvəsi çalışır. Müəssisə üzrə iki əsas fəaliyyət sahəsi mövcuddur: yerli istehsalat və distribusiya (dağıtım). Müəssisənin “Bismak” markası ilə istehsal etdiyi şirniyyat və un məmulatları yerli  bazarın lideridir. Almaniyanın Werner&Pfleiderer şirkətinin avadanlığı və texniki dəstəyi ilə qurulmuş “Çörəkçi” zavodu  şirniyyat çeşidləri, buğda tərkibli çörək çeşidləri, çovdar tərkibli çörək çeşidləri istehsal edilir, zavodun gündəlik istehsal gücü 150 tondur.

“Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyət  “Anchor”, “Доярушка”, “Ammerlander”, “Gut von Holstein”, “Tibet” kimi brendlərin Azərbaycanda rəsmi distributorudur.

Tarixlər

Son müraciət: qeyd edilməyib
Başlama: qeyd edilməyib
Yerləşdirilib: 2018-09-12

Digər

Əmək haqqı: Ödənişli
Vakansiya tipi: İş
Yerləşmə: Bakı şəh.
Müddət: qeyd edilməyib

Sualın var?

Elan yerləşdirməklə və ya əməkdaşlıqla bağlı sual və təklifləriniz varsa bizimlə əlaqə saxlayın!

Email: info@stajer.az

X

Bizi izləyin!

Elanlarımızdan xəbərdar qalmaq üçün səhifəmizi bəyənin!