İş təcrübəsi tələb olunmur!

İlkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanları.

Təcrübə proqramı - ROOF Academic Training

İşin detalları

ROOF Academic Training olaraq aşağıdakı sahələr üzrə 3 aylıq təcrübə proqramı və davamında minimum 12 aylıq iş imkanı təklif edirik:

- İngilis dili müəllimliyi (General English, SAT, IELTS, GMAT, GRE)
- Riyaziyyat müəllimliyi (SAT, GMAT, GRE)
- Satış
- Araşdırma

Təcrübədə iştirak edən və 1 il ərzində bizimlə çalışacaq olan şəxslər üçün bu xidmətlər tam pulsuz şəkildə təqdim olunacaq: 
- IELTS hazırlığı
- Tədrisin əsasları təlimi
- Natiqlik kursu
- TESOL hazırlığı
- Xaricdə təhsil


* Təcrübəçilərin yemək və nəqliyyat xərcləri tərəfimizdən qarşılanacaq.
* 3 aylıq proqramın sonunda uğurlu namizədlərə 1 illik part-time və ya full-time işlər təklif olunacaq və müqavilə bağlanacaq.
* Seçim prosesi bir neçə mərhələdən ibarət olacaq və yalnız növbəti mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq.

Öyrənmək həvəsindəsənsə və artıq öyrəndiklərini təcrübəylə gücləndirmək istəyirsənsə, gecikmədən öz CV-ni talent@roofat.az ünvanına göndər. Emaildə mövzu hissəsinə təcrübə keçmək istədiyin sahənin adını qeyd etməyin xahiş olunur.

Tələblər

 

Proqrama qəbul üçün əsas şərt ən azı intermediate ingilis dili biliyidir.

Təcrübə proqramı universitetin III, IV və V kurs bakalavr, magistr tələbələri və yeni məzunlar üçündür. Yaş və ixtisas fərqi yoxdur.

İşə götürən haqqında qısa

ROOF Academic Training ingilis dili tədrisi, IELTS, SAT, GRE, GMAT hazırlığı və xaricdə təhsil xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşmış şirkətdir.

Tarixlər

Son müraciət: 2018-05-18
Başlama: qeyd edilməyib
Yerləşdirilib: 2018-05-10

Digər

Əmək haqqı: Ödənişli
Vakansiya tipi: Təcrübə proqramı
Yerləşmə: Bakı
Müddət: 3 aylıq

Sualın var?

Elan yerləşdirməklə və ya əməkdaşlıqla bağlı sual və təklifləriniz varsa bizimlə əlaqə saxlayın!

Email: info@stajer.az

X

Bizi izləyin!

Elanlarımızdan xəbərdar qalmaq üçün səhifəmizi bəyənin!