İş təcrübəsi tələb olunmur!

İlkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanları.

Tələbə Təcrübə Proqramı - Azercell

İşin detalları

Xidmətin İnteqrasiyası, Təhvili və İdarəedilməsinin əsas işi Azercell-in abunə və təşkilatlara verdiyi xidmətlərin kəsintisiz işləməsi, onlarla bağlı istək və şikayətlərə cavab verilməsi və yeni xidmətlərin işə buraxılması prosesində iştirak etməkdən ibarətdir.

 

İş qrafiki: Bazar ertəsi - Cümə günü, saat 09:00-18:00. Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir

İş yeri : Azercell Plaza, Baş Ofis, Tbilisi prospekti, 149 

Əsas Öhdəliklər:

  • Xidmətlərin işləmə effektivliyini artırmaq üçün davamlı təhlilin aparılması
  • Problemlərin kökünün araşdırılması
  • Xidmətin abunələrə verilməzdən əvvəl test mühiti yaradaraq xidmət sahiblərinə təqdim edilməsi
  • Xidmətlərin təqdim edilməzdən əvvəl işin planlanması və icrası
  • Sistem resursların idarə edilməsi

 

Seçim Prosesi:

  • CV-lərin nəzərdən keçirilməsi
  • Tapşırıqlar
  • Müsahibə

 

Təcrübəçinin bələdçiləri:  SİDM qrupunun mühəndisi və koordinatoru

 

Qeyd:

  • Yalnız Azərbaycan Respublikasının vətəndaşları bu vakansiya üzrə dəyərləndirmədə iştirak edə bilərlər.
  • Əlavə məlumat üçün Azercell-in İşə Qəbul şöbəsi ilə internship@azercell.com e-poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.
  • Nəzərə alın ki, internship@azercell.com ünvanına birbaşa göndərilən CV və müraciət formaları heç bir vakansiya üzrə dəyərləndirilməyəcək! Bu vakansiya üzrə müraciət etmək üçün aşağıdakı "Ərizəni göndər" linkindən istifadə edin.

Ətraflı məumat üçün link https://ts.easycruit.com/intranet/azercell/vacancy/1993985/106169?iso=en

Tələblər

  • Balakavr pilləsinin sonuncu kursunda təhsil alan və ya Magistratura tələbələri, əsasən Kompyuter Mühəndisliyi və Tətbiqi Riyaziyyat ixtisasları üzrə
  • Azərbaycan dili – əla səviyyədə, Ingilis dili – yaxşı
  • SQL bilikləri, UNIX, Shell programming, PL/SQL bilikləri (üstünlük verilir)
  • Proqramlaşdırma bacarığı və alqoritmik düşüncə

Tələb olunan Yetkinliklər:

  • Ünsiyyət qurma, qrup şəklində işləmə, problem həlletmə, çeviklik və tez uyğunlaşma bacarıqları
  • Yenilikçilik, tənqidi mühakimə bacarığı, məntiqi və riyazi düşüncə və məqsədyönümlük

İşə götürən haqqında qısa

https://www.azercell.com

Tarixlər

Son müraciət: 2018-01-30
Başlama: qeyd edilməyib
Yerləşdirilib: 2018-01-19

Digər

Əmək haqqı: Ödənişli
Vakansiya tipi: Təcrübə proqramı
Yerləşmə: Bakı
Müddət: qeyd edilməyib

Sualın var?

Elan yerləşdirməklə və ya əməkdaşlıqla bağlı sual və təklifləriniz varsa bizimlə əlaqə saxlayın!

Email: info@stajer.az

X

Bizi izləyin!

Elanlarımızdan xəbərdar qalmaq üçün səhifəmizi bəyənin!