İş təcrübəsi tələb olunmur!

İlkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanları.

Korporativ kreditlər üzrə Təcrübəçi - Unibank KB

İşin detalları

Başlıca öhdəliklər və məsuliyyətlər

• Korporativ müştərilərin cəlb edilməsi 
• Müştərinin biznesinin analizi 
• Analizin nəticəsinə uyğun kreditlərin rəsmiləşdirilməsi

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil cv@unibank.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (SME təcrübə proqramı) göstərməyiniz xahiş olunur.

Tələblər

• Ali iqtisadi təhsil ;
• Yaş həddi 22 – 32;
• Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı; 
• MS Excel və MS Word proqramları üzrə baza biliklər;
• İqtisadiyyat və maliyyə istiqaməti üzrə nəzəri biliklər;
• Analitik düşüncə qabiliyyəti;
• Hərbi xidmət keçmiş və ya möhlət hüququ olanlar;
• İş təcrübəsi arzuolunandır.

İşə götürən haqqında qısa

Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.

Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik.  Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.

Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank,  bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.

Tarixlər

Son müraciət: 2017-11-26
Başlama: qeyd edilməyib
Yerləşdirilib: 2017-10-27

Digər

Əmək haqqı: Ödənişsiz
Vakansiya tipi: Təcrübə proqramı
Yerləşmə: Balı
Müddət: qeyd edilməyib

Sualın var?

Elan yerləşdirməklə və ya əməkdaşlıqla bağlı sual və təklifləriniz varsa bizimlə əlaqə saxlayın!

Email: info@stajer.az

X

Bizi izləyin!

Elanlarımızdan xəbərdar qalmaq üçün səhifəmizi bəyənin!