İş təcrübəsi tələb olunmur!

İlkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanları.

Texnoloji xəbər saytının idarə olunması. - Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi.

İşin detalları

İşin təsviri ondan ibarətdir ki, günün müxtəlif saatlarında (məs: səhər saat 10:00 - 13:00 və axşam saat 14:00 - 17:00 aralıqlarında) könüllü olaraq işləyəcək olan tələbə ofisimizə gələcək. Rahat və iş şəraiti üçün uyğun yerdə əyləşərək işinə başlayacaq. Kompyuterdə ona verilmiş müxtəlif xarici və yerli saytlardan texnoloji məqalələri oxuyub tanış olduqdan sonra, həmin məqalələrin təxminən 5-ni bizim tərtib etdiyimiz saytda yayımlayacaqdır. Tələbələr burda işləməklə özləri üçün xeyli təcrübə yığa biləcəklər.

Qeyd edilən saatlar günün səhər və axşam saatları olduğu üçün 2 tələbə işləyə bilər. Beləki səhər növbəsində təhsil alan tələbə günün 2-ci saatında buyura bilər, günorta növbəsində təhsil alan alan tələbə isə günü 1-ci yarısında buyura bilər.

Qeyd 1: Təklif edilən iş ÖDƏNİŞSİZDİR.

Qeyd 2: İş rejimi bazar günü xaric, həftə içi hərgün.

Oktyabr ayının sonu etibarı ilə iş başlayacaq.

Müraciət edənlərin Jurnalistika ixtisasında oxumaları mütləqdir. İngilis və rus dillərini bilməyi mütləqdir.

 

Başlanğıc olaraq ilk 6 ay müddətində işçiyə heçbir ödəniş edilməyəcəkdir. Növbəti aylarda isə işin gedişatına uyğun olaraq müəyyən məbləğ ödənilə bilər.

Tələblər

Tələblərimiz:

 

Jurnalistika fakultəsində təhsil alan (oğlan və ya qız) tələbə olsun. İngilis və rus dillərini bilsin, çünki müftəlif xarici saytlarda olan məqalələri oxuyub tanış olduqdan sonra, onları uyğun formada bizim saytımızda paylaşacaqdır. Bu baxımdan ingilis və rus dilli tələbələr müraciət etsinlər.

İşə götürən haqqında qısa

Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi.

Texnoloji xəbər saytının idarə olunması.

 

Layihəmiz, texnoloji xəbərlərin yayımlanacağı saytın idarə olunmasından ibarətdir.

Maraqlananlar CV-lərini 25.10.2017-ci il tarixinədək info@gencmiib.org adresinə göndərə bilərlər

Tarixlər

Son müraciət: 2017-10-25
Başlama: 2017-10-18
Yerləşdirilib: 2017-10-18

Digər

Əmək haqqı: Ödənişsiz
Vakansiya tipi: Təcrübə proqramı
Yerləşmə: Bakı
Müddət: 8 gün

Sualın var?

Elan yerləşdirməklə və ya əməkdaşlıqla bağlı sual və təklifləriniz varsa bizimlə əlaqə saxlayın!

Email: info@stajer.az

X

Bizi izləyin!

Elanlarımızdan xəbərdar qalmaq üçün səhifəmizi bəyənin!