İş təcrübəsi tələb olunmur!

İlkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanları.

Müştəri Xidmətləri üzrə Operator - Embafinance

İşin detalları

Əsas vəzifə və öhdəliklər:

• Müştəri münasibətlərini idarə etmək;
• Müştəri müraciətlərini operativ və sürətli cavablandırmaq;
• Müştəri ehtiyaclarını müəyyən etmək və müştərini yönləndirmək;
• Müştəri tələb və təkliflərinin müəyyənləşdirilməsi prosesini idarə etmək, idarəetmə alətlərini hazırlamaq və tətbiq etmək;
• Müştərinin tələb və təklifləri haqqında Cəmiyyəti daim məlumatlandırmaq;
• Kommersiya sirrini qoruyub saxlamaq;
• Yeni kredit məhsulları, satış forma və şəbəkələri, habelə mövcud məhsul kredit məhsullarının şərtlərinin dəyişdirilməsi barədə müəyyən olunmuş müştəri qruplarını məlumatlandırmaq Mövcud müştərilərə telefon, e-mail və digər elektron vasitələrlə müvafiq məlumatları (ad günü təbrikləri, məhsul şərtləri, yeniliklər, kampaniyalar və s.) çatdırmaq;
• Müştəri bazasını yaratmaq;
• Əldə edilən məlumatı bazaya daxil etmək.

Müracət və seçim qaydaları:

Maraqlananlar müraciət formalarını CV (resume)  hr@embafinans.az ünvanına göndərə bilərlər.

İş qrafiki: 6 gün /I-IV günlər saat 10.00-18.00, VI gün 10:00-15:00

Əmək haqqı: 431 manat (AZN)

Tələblər

• Ali təhsilin olması;
• Yaş həddi-22-30;
• İdarəetmə, sənədləşmə və müştərilərlə işlərin idarə edilməsi sistemləri (CRM sistemləri) üzrə ilkin biliklərin olması;
• MS Office,proqramlarından istifadə etmək bacarığı;
• Azərbaycan, rus və ingilis dili biliklərinin olması;
• Danışmaq və dinləmə qüsuru olmayan;

İşə götürən haqqında qısa

Əsası 2012-ci ildə qoyulan və həmin ildən fəaliyyətə başlayan “EmbaFinans” MMC müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir və zamanla bu xidmətlərin siyahısını genişləndirməyi qarşısına məqsəd qoymuşdur.

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərən EmbaFinans Bank Olmayan Kredit Təşkilatıdır. EmbaFinans bütün ölkə ərazisində təmsil olunur, belə ki, təşkilatın xidmətlərindən istifadə edərək bütün ailələr öz həyatlarının və özləri üçün ən vacib elementlərdən biri olan evlərinin rahatlığını təmin edə bilərlər!

Tarixlər

Son müraciət: qeyd edilməyib
Başlama: qeyd edilməyib
Yerləşdirilib: 2016-07-15

Digər

Əmək haqqı: Ödənişli
Vakansiya tipi: İş
Yerləşmə: Bakı
Müddət: qeyd edilməyib

Sualın var?

Elan yerləşdirməklə və ya əməkdaşlıqla bağlı sual və təklifləriniz varsa bizimlə əlaqə saxlayın!

Email: info@stajer.az

X

Bizi izləyin!

Elanlarımızdan xəbərdar qalmaq üçün səhifəmizi bəyənin!