İş təcrübəsi tələb olunmur!

İlkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanları.

Mühəndis (Texniki istehsalat şöbəsi) - SOCAR

İşin detalları

İdentifikasiya nömrəsi 13530
Vakansiyanın adı Mühəndis (Texniki istehsalat şöbəsi, Nizami rayonu)
Vakansiyanın elan tarixi 16.10.2017
Son müraciət tarixi 20.10.2017
Müəssisənin adı Nəqliyyat idarəsi
Struktur vahidinin adı 4 saylı TND
Ödəniş növü Vəzifə maaş
Əməyin ödənilmə dərəcəsi 9
Vəzifə maaşının məbləği 561AZN
Əlavə ödənişlər yemək xərci
İş yerinin ünvanı Nizami rayonu Şərifli küçəsi 12/25
İş vaxtının norması NORM40/5
Əmək şəraiti Quruda

 

Vəzifə(peşə) funksiyaları •Cari təmir və texniki xidmətin təşkili, aparılması işlərini həyata keçirmək; 
• Nəqliyyat vasitələrinin yüksək texniki hazırlığının təmin edilməsinə görə sistematik iş aparmaq; 
• Yeni markalı nəqliyyat vasitələrinin xüsusiyyətinin öyrənilməsi məqsədilə sürücülərə, təmir işçiləri və mühəndis texniki işçilərlə texniki təhsilin təşkili, keçirilməsi işlərini təşkil etmək; 
• Nəqliyyat vasitələrinin təmirinin və texniki qulluğunun təşkilinin təkmilləşdirilməsi üzrə iş aparmaq;
• Nəqliyyat vasitələrində hərəkətin təhlükəsizliyinə təsir edən hissələrin, aqreqatların və sistemlərin təmiri üçün təmir fəhlələrinin təhkim edilməsi haqqında əmr layihəsini hazırlamaq;
• Nəqliyyat vasitələrinin Departamentin balansına qəbul edilməsi haqqında əmr hazırlamaq və müvafiq şöbələrlə razılaşdırılmasını təmin etmək;
• Departamentin kadrlar, istismar şöbələri ilə birlikdə sürücülərin və təmir fəhlələrinin ixtisaslarının artırılması planlarını tərtib etmək;
• Şinlərin və akkumulyatorların uçotunu aparmaq;
• Avtomobil dəstələrinin fəaliyyətini istiqamətləndirmək və tənzimləmək;
• Nəqliyyat vasitələrinin texniki nasazlıqlarının baş verməsi səbəblərini öyrənmək, onların aradan qaldırılması və xətdəki nəqliyyat vasitələrinə texniki qulluğun keyfiyyətli yerinə yetirilməsi üçün təkliflər vermək; 
• Texniki nasazlığa görə nəqliyyat vasitələrinin xətdən qayıtma hadisələrinin təhlilini aparmaq;
• Nəqliyyat vasitələrinin texniki baxışdan keçmələri üçün qrafik tərtib etmək; 
• Avtomobillərin texniki və normativ sənədlərə uyğun olaraq yükgötürmə qabiliyyətini müəyyənləşdirmək; 
• İstehsalatda gözlənilən boşdayanmaların qarşısını almaq üçün tədbirlər işləyib hazırlamaq və həyata keçirmək.

 

Müraciət üçün link : https://careers.socar.az/ApplyVac?Vid=13530

Tələblər

Təhsil İstiqaməti Sahə üzrə  
Tələb olunan minimum təhsil səviyyəsi Bakalavr
Tələb olunan əmək fəaliyyəti  
Tələb olunan kompüter bilik səviyyəsi Excell - yaxşı; Word - yaxşı;
Tələb olunan xarici dil bilik səviyyəsi  
Vakansiya tələbinə uyğun təlimlər

Bilməlidir • Avadanlıqlar üzrə metodiki,normativ və digər rəhbər materialları; 
• Nəqliyyat vasitələrinin cari təmir və texniki xidmətinin təşkilini, 
• Avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını, montaj və təmir metodlarını; 
• Təlimatları tərtib etmək qaydasını, müəyyən olunmuş hesabatın tərtibinin qayda və müddətlərini;
• Nəqliyyat vasitələrinin yüksək texniki hazırlığının təmin edilməsini; 
• Nəqliyyat vasitələrinin təmirinin və texniki qulluğunun təşkilinin təkmilləşdirilməsini;
• Nəqliyyat vasitələrinin texniki nasazlıqlarının baş verməsi səbəblərini, onların aradan qaldırılması və xətdəki nəqliyyat vasitələrinə texniki qulluğun keyfiyyətli yerinə yetirilməsini; 
• Avtomobillərin texniki və normativ sənədlərə uyğun olaraq yükgötürmə qabiliyyətini;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını.

İşə götürən haqqında qısa

https://socar.az/

Tarixlər

Son müraciət: 2017-10-20
Başlama: qeyd edilməyib
Yerləşdirilib: 2017-10-16

Digər

Əmək haqqı: Ödənişli
Vakansiya tipi: İş
Yerləşmə: Bakı
Müddət: qeyd edilməyib

Sualın var?

Elan yerləşdirməklə və ya əməkdaşlıqla bağlı sual və təklifləriniz varsa bizimlə əlaqə saxlayın!

Email: info@stajer.az

X

Bizi izləyin!

Elanlarımızdan xəbərdar qalmaq üçün səhifəmizi bəyənin!