İş təcrübəsi tələb olunmur!

İlkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanları.

Təcrübəçi - Problemli Kreditlərin Hüquqi Tənzimlənməsi Departamenti - DəmirBank ASC

İşin detalları

Təcrübə müddətində əldə edəcəyiniz peşəkar bilik və təcrübə:

§ Problemli kreditlər üzrə kredit dosyelərinin filialardan müəyyən edilmiş qaydalar çərçivəsində qəbul edilməsi;
§ Qəbul edilmiş kredit dosyelərinin departament daxilində aidiyyatı üzrə əməkdaşlara təhvil verilməsi;
§ Qəbul edilmiş kredit dosyelərinin arxivləşdirilməsi, arxivdə saxlanılması, qeydiyyatının aparılması, onların tam şəkildə qorunması və itirilməsinin qarşısının alınması formaları;
§ Struktur bölmələrlə (filiallar, departamentlər və s.) koordinasiyanın və sənəd dövriyyəsinin aparılması.

Göstərilən tələblərə cavab verən namizədlər 18 oktyabr 2017-ci il tarixinədək öz CV-lərini hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Problemli Kreditlərin Hüquqi Tənzimlənməsi Departamenti - Təcrübəçi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Tələblər

§ Ali təhsilinin olması;
§ Yüksək ünsiyyət qabiliyyətinin olması;
§ Azərbaycan dilində mükəmməl səviyyədə danışıq və yazı bacarığının olması;
§ Yönləndirilən suallara dolğun və səlis cavab vermək bacarığının olması;
§ Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;

İşə götürən haqqında qısa

http://demirbank.az/

Tarixlər

Son müraciət: 2017-10-18
Başlama: qeyd edilməyib
Yerləşdirilib: 2017-10-12

Digər

Əmək haqqı: Ödənişsiz
Vakansiya tipi: Təcrübə proqramı
Yerləşmə: Bakı
Müddət: qeyd edilməyib

Sualın var?

Elan yerləşdirməklə və ya əməkdaşlıqla bağlı sual və təklifləriniz varsa bizimlə əlaqə saxlayın!

Email: info@stajer.az

X

Bizi izləyin!

Elanlarımızdan xəbərdar qalmaq üçün səhifəmizi bəyənin!