İş təcrübəsi tələb olunmur!

İlkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanları.

Təcrübə proqramı - NR Academy

İşin detalları

?Ödənişli Tələbə Təcrübə proqramı

?Proqramın məqsədi tələbə gəncləri təhsil mərkəzimizin fəaliyyətinə cəlb etməklə, onların real iş mühitində təcrübə əldə etmələrinə və şəxsi inkişaflarına şərait yaratmaqdır.

?Seçim mərhələsi 2 turdan ibarət olacaq. Birinci mərhələdə seçim CV-lər əsasında aparılacaq. İkinci mərhələdə isə müsahibə yolu ilə proqrama seçilən tələbələr müəyyən ediləcək.

Proqramın üstünlüyü:
• Dərs vaxtlarınıza uyğun yarımgünlük iş qrafiki
• Proqram müddətində müəyyən ehtiyaclarınızı qarşılayacaq ödənişin olması
• Nəzəri biliklərinizi təcrübədə istifadə imkanı
• Müstəqilliyin və səlahiyyətlərin verilməsi

Əldə edəcəkləriniz:
• Real iş mühitində təcrübə (layihə və proqramların idarə edilməsi və s.)
• Kollektiv işləmə bacarığı
• Şəxsi inkişaf
• Proqram müddətində təlimlərdə pulsuz iştirak
• Proqram müddətində kurslarda güzəştli iştirak
• Proqramı bitirdiyinizə dair sertifikat
• NR Academy-dən rəy (reference)
• NR Academy-də iş imkanı

?Proqramda iştirak üçün öz CV-lərinizi şəkillə birlikdə 25 sentyabr 2017-ci il tarixinədək e-mail-in mövzu hissəsində “Təcrübə Proqramı” yazaraq office@nracademy.az ünvanına göndərə bilərsiniz.

Ətraflı məlumat üçün:
☎️ (012) 493 49 70
? (055) 802 50 76 (WhatsApp)
? (050) 386 88 76
?office@nracademy.az

Tələblər

• Universitetin 4-cü kurs tələbəsi olmalı
• Cari tədris ilində magistraturaya hazırlaşacaq tələbə olmalı
• Ofis proqramları ilə normal işləmə bacarığı olmalı
• Xarici dil və dizayn proqramlarını bilmək arzuolunandır (üstünlükdür).

İşə götürən haqqında qısa

https://www.facebook.com/NRacademy%20/

Tarixlər

Son müraciət: 2017-09-25
Başlama: qeyd edilməyib
Yerləşdirilib: 2017-09-21

Digər

Əmək haqqı: Ödənişli
Vakansiya tipi: Təcrübə proqramı
Yerləşmə: Bakı
Müddət: qeyd edilməyib

Sualın var?

Elan yerləşdirməklə və ya əməkdaşlıqla bağlı sual və təklifləriniz varsa bizimlə əlaqə saxlayın!

Email: info@stajer.az

X

Bizi izləyin!

Elanlarımızdan xəbərdar qalmaq üçün səhifəmizi bəyənin!