İş təcrübəsi tələb olunmur!

İlkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanları.

Mexanik (nəqliyyat üzrə) - Socar

İşin detalları

 

İdentifikasiya nömrəsi 13439
Vakansiyanın adı Mexanik (nəqliyyat üzrə, Xəzər rayonu)
Vakansiyanın elan tarixi 11.09.2017
Son müraciət tarixi 15.09.2017
Müəssisənin adı Nəqliyyat idarəsi
Struktur vahidinin adı 5 saylı TND
Ödəniş növü Vəzifə maaş
Əməyin ödənilmə dərəcəsi 9
Vəzifə maaşının məbləği 561AZN
Əlavə ödənişlər Yemək xərcləri
İş yerinin ünvanı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivi
İş vaxtının norması NORM40/5
Əmək şəraiti Quruda

 

Vəzifə(peşə) funksiyaları • Nəqliyyat vasitələrinin texniki qulluğu və təmiri yerinə yetirildikdən sonra işin keyfiyyətinin yoxlanılmasını həyata keçirmək;
• Xəttə buraxılan və xətdən qayıdan nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanması üzrə işləri təşkil etmək;
• Aşkar olunmuş çatışmamazlıqları təhlil etmək və onların aradan qaldırılması üçün təkliflər irəli sürmək;
• Xətdən qayıtdıqda nəqliyyat vasitələrinin texniki vəziyyətinə əsaslı surətdə nəzarəti həyata keçirmək və onun texniki vəziyyətinə uyğun olaraq dayanacağa yaxud təmirə göndərilməsini təmin etmək;
• Təmirə dayanmış avtomobillərin təmirini, təmirinin başa çatdırılmasını və tam istismara yararlı vəziyyətə gətirilməsi üçün tədbirlər görmək;
• Təmir jurnallarını tərtib etmək və təmirin qeydiyyatını aparmaq;
• Nəqliyyat vasitələrinin xəttə çıxdığı və qayıtdığı dəqiq vaxtı xüsusi jurnalda qeyd etmək;
• Xəttə buraxılmamışdan qabaq nəqliyyat vasitələrinin texniki vəziyyətinə əsaslı surətdə nəzarəti həyata keçirmək;
• Nəqliyyat vasitələrinin qəza dayanacaqları nişanlarıyla, tibbi apteçkalarla komplektləşməsini yoxlamaq;
• Texniki nasazlıqlarla xətdən qayıtma hallarında hər bir nəqliyyat vasitələrinin qeydiyyatını aparmaq, səbəbini öyrənmək və bundan sonra (gələcəkdə) oxşar hallarda xəbərdarlıq üçün tədbirlər görmək;
• Nəqliyyat vasitələrinin texniki vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş məşğələlərin və başqa tədbirlərin keçirilməsində iştirak etmək.
Bilməlidir • Fəaliyyəti üzrə Azərbaycan Respublikasının qanunlarını, digər normativ-hüquqi aktları;
• Xəttə buraxılmamışdan qabaq nəqliyyat vasitələrinin texniki vəziyyətinə əsaslı surətdə nəzarət qaydalarını;
• Təmir jurnallarının tərtib edilməsini və təmirin qeydiyyatını;
• Xəttə buraxılan və xətdən qayıdan nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanmasını;
• Təmirə dayanmış avtomobillərin təmirini, təmirinin başa çatdırılma qaydasını və tam istismara yararlı vəziyyətə gətirilməsini;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğın təhlükəsizliyi qayda və normalarını.

Tələb olunan digər bilik və bacarıqlar  
Son müraciət tarixi 15.09.2017

 

Müraciət üçün aşağıdakı linkdən istifadə edin.

https://careers.socar.az/ApplyVac?Vid=13439

Tələblər

 

Təhsil İstiqaməti Sahə üzrə  
Tələb olunan minimum təhsil səviyyəsi Bakalavr
Tələb olunan əmək fəaliyyəti  
Tələb olunan kompüter bilik səviyyəsi  
Tələb olunan xarici dil bilik səviyyəsi  
Vakansiya tələbinə uyğun təlimlər Sürücülük vəsiqəsi tələb olunur.

İşə götürən haqqında qısa

 www.socar.az

Tarixlər

Son müraciət: 2017-09-15
Başlama: qeyd edilməyib
Yerləşdirilib: 2017-09-13

Digər

Əmək haqqı: Ödənişli
Vakansiya tipi: İş
Yerləşmə: Bakı, Xəzər rayonu
Müddət: qeyd edilməyib

Sualın var?

Elan yerləşdirməklə və ya əməkdaşlıqla bağlı sual və təklifləriniz varsa bizimlə əlaqə saxlayın!

Email: info@stajer.az

X

Bizi izləyin!

Elanlarımızdan xəbərdar qalmaq üçün səhifəmizi bəyənin!