İş təcrübəsi tələb olunmur!

İlkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanları.

İT şöbəsinin köməkçisi - ZZ Group

İşin detalları

İş yeri: Bakı 

İş qrafiki: həftənin 5 günü (şənbə-bazar günləri, bayram günləri istisna olmaqla)

İş saatı: sərbəst

Təklif edilən imkanlar:

Könüllü kimi 3 ay müddətində işləyib öhdəliklərini uğurla başa vuran könüllülərin hər birinə ZZ GROUP tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir. Bu da həmin gənclərin növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır.

Qeyd edək ki, yüksək səviyyədə fərqlənən könüllülərə sertifikat və xasiyyətnamə ilə yanaşı eyni zamanda bonus da veriləcək və onlar gələcəkdə komandamızda daimi iş əldə etmək imkanı qazanacaqlar.

Bu 3 ay müddətində bizimlə çalışan bütün könüllülər iş təcrübəsi, yeni tanışlıqlar və müsbət təəssüratlar qazanacaqlar.

Sizləri sıralarımızda görməyə şad olardıq.

Arzu edən şəxslər öz CV-lərini careers@zzgroup.az ünvanına göndərə bilərlər. "Mövzu" ("Subject") bölməsində müraciət etdiyiniz vakansiyanın adını mütləq qeyd edin.

Qeyd: Seçim iki mərhələdən ibarətdir. İlk mərhələ CV-lərin nəzərdən keçirilib uyğun namizədlərin seçilməsi, ikinci mərhələ isə seçilən namizədlərin şirkət ofisinə müsahibə üçün dəvət olunmasıdır.

Son müraciət tarixi: 15.08.2016 

Tələblər

Təcrübəyə sərbəst iş qrafikində cəlb olunmaq və işləmək imkanı olan tələbə, məzun və gənclər qoşula bilər.

Azərbaycan, rus və ingilis dillərini bilmək (digər dillər arzuolunandır)

Proqramlaşdırma dilini bilmək

HTML, CSS, Java Script, Jquery, PHP və digər Web proqramlaşdırma dillərini bilmək

İT şöbəsinin menecerinə yardım etmək, onun verdiyi tapırıqları vaxtında icra etmək 

Nəzərdə tutulan işləri müəyyən olunmuş qrafik üzrə yerinə yetirmək

Dəqiq, məsuliyyətli, punktual, çalışqan və məqsədyönlü, eləcə də kollektivdə işləməyi bacaran, səmimi, xoşrəftar, operativ olmaq

İT sahəsində təhsil alan tələbə və məzunlara üstünlük veriləcəkdir.

İşə götürən haqqında qısa

 ZZ Group şirkəti bir sıra istiqamətlər üzrə fəaliyyət göstərir və bir sıra mühüm əhəmiyyətli layihələr həyata keçirir. 

Tarixlər

Son müraciət: qeyd edilməyib
Başlama: qeyd edilməyib
Yerləşdirilib: 2016-07-14

Digər

Əmək haqqı: Ödənişsiz
Vakansiya tipi: İş
Yerləşmə: Bakı
Müddət: 3

Sualın var?

Elan yerləşdirməklə və ya əməkdaşlıqla bağlı sual və təklifləriniz varsa bizimlə əlaqə saxlayın!

Email: info@stajer.az

X

Bizi izləyin!

Elanlarımızdan xəbərdar qalmaq üçün səhifəmizi bəyənin!