İş təcrübəsi tələb olunmur!

İlkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanları.

Jurnalist - ZZ Group

İşin detalları

İş yeri: Bakı 

İş qrafiki: həftənin 5 günü (şənbə-bazar günləri, bayram günləri istisna olmaqla)

İş saatı: sərbəst

Təklif edilən imkanlar:

Könüllü kimi 3 ay müddətində işləyib öhdəliklərini uğurla başa vuran könüllülərin hər birinə ZZ GROUP tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir. Bu da həmin gənclərin növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır.

Qeyd edək ki, yüksək səviyyədə fərqlənən könüllülərə sertifikat və xasiyyətnamə ilə yanaşı eyni zamanda bonus da veriləcək və onlar gələcəkdə komandamızda daimi iş əldə etmək imkanı qazanacaqlar.

Bu 3 ay müddətində bizimlə çalışan bütün könüllülər iş təcrübəsi, yeni tanışlıqlar və müsbət təəssüratlar qazanacaqlar.

Sizləri sıralarımızda görməyə şad olardıq.

Arzu edən şəxslər öz CV-lərini careers@zzgroup.az ünvanına göndərə bilərlər.

Qeyd: Seçim iki mərhələdən ibarətdir. İlk mərhələ CV-lərin nəzərdən keçirilib uyğun namizədlərin seçilməsi, ikinci mərhələ isə seçilən namizədlərin şirkət ofisinə müsahibə üçün dəvət olunmasıdır.

Son müraciət tarixi: 15.08.2016 

Tələblər

Təcrübəyə sərbəst iş qrafikində cəlb olunmaq və işləmək imkanı olan tələbə, məzun və gənclər qoşula bilər.

Azərbaycan, rus və ingilis dillərini əla bilmək (digər dillər arzuolunandır)

Ünsiyyətqurma və təqdimetmə bacarığına malik olmaq

Müsahibləri tapmaq, onlarla ünsiyyət qurmaq, onlardan müsahibə almaq

Müsahibə suallarını və anket sorğularını hazırlamaq

Unikal və aktual mövzulara toxunmaq

Müxtəlif mövzuları (əsasən iqtisadi, maliyyə, sənaye; eləcə də incəsənət, dəb və s.) araşdırıb onların mətnlərini hazırlamaq, yığmaq, korrektə və redaktə etmək

Analitik düşünmək və təhlillər aparmaq, auditoriyaya uyğun mövzular seçmək

Saytın kontentinin doldurulmasına kömək etmək 

Tədbirlərdə iştirak etmək 

Kreativ düşüncə tərzinə malik olmaq və yaradıcı fikirlər irəli sürmək  

Dəqiq, məsuliyyətli, punktual, çalışqan və məqsədyönlü, eləcə də kollektivdə işləməyi bacaran, səmimi, xoşrəftar, operativ olmaq

Nəzərdə tutulan işləri müəyyən olunmuş qrafik üzrə yerinə yetirmək

İşlə bağlı təhkim olunduğu şöbə rəhbərinin verdiyi tapırıqları vaxtında yerinə yetirmək

Jurnalistika fakültəsində təhsil alan tələbələrə və ya onu bitirən məzunlara üstünlük veriləcəkdir. 

İşə götürən haqqında qısa

 ZZ Group şirkəti bir sıra istiqamətlər üzrə fəaliyyət göstərir və bir sıra mühüm əhəmiyyətli layihələr həyata keçirir. 

Tarixlər

Son müraciət: qeyd edilməyib
Başlama: qeyd edilməyib
Yerləşdirilib: 2016-07-14

Digər

Əmək haqqı: Ödənişsiz
Vakansiya tipi: İş
Yerləşmə: Bakı
Müddət: 3

Sualın var?

Elan yerləşdirməklə və ya əməkdaşlıqla bağlı sual və təklifləriniz varsa bizimlə əlaqə saxlayın!

Email: info@stajer.az

X

Bizi izləyin!

Elanlarımızdan xəbərdar qalmaq üçün səhifəmizi bəyənin!