İş təcrübəsi tələb olunmur!

İlkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanları.

Yay təcrübə proqramı - NewCond LLC

İşin detalları

"NewCond" şirkəti “Yay təcrübə proqramı” vakansiyası elan edir.

Proqramın mahiyyəti:

“NewCond” şirkəti sosial yönümlü fəaliyyətinə uyğun olaraq gənclərlə 2017-cü ilin iyul və avqust ayları ərzində “Yay təcrübə proqramı” layihəsini həyata keçirəcəkdir. Təcrübə proqramı namizədlərin seçiminə görə 1, 2 və ya 3 ay davam edə bilər. Mərhələli dəyərləndirmələr nəticəsində seçiləcək tələbələr və məzunlar Şirkətimizdə təcrübə keçəcəklər. Təcrübəni uğurla başa vuranlar “NewCond” şirkətində daimi işlə təmin olunacaqlar. 
 
Proqramın məqsədi:

Bu layihənin əsas məqsədi ali məktəblərin bakalavr və magistr pilləsindən məzun olanlar karyera imkanlarının yaradılmasıdır.

 

 

Tələblər

İstilik və soyuqluq texnikası, soyuducu texnikası, istilik-qaz təchizatı, ventilyasiya və kondisioner sistemləri mühəndisliyi üzrə bakalavr və ya magistr pilləsi təhsilinin olması (Azərbaycan Texniki Universitetinin məzunlarına üstünlük veriləcək)

İşə götürən haqqında qısa

“Mitsubishi Electric Europe B.V.” şirkətinin Azərbaycanda rəsmi distribyutoru "NewCond" şirkəti 1995-ci ildən etibarən havalandırma, ventilyasiya və istilik sistemlərinin Azərbaycana gətirilməsi və satışının həyata keçirilməsi sahəsində fəaliyyət göstərir. "NewCond" eyni zamanda dünyaca məşhur “Vaillant”, “Kermi”, “Beretta”, “Gruppo Ragaini” şirkətləri ilə əməkdaşlıq edir.

Tarixlər

Son müraciət: 2017-07-30
Başlama: qeyd edilməyib
Yerləşdirilib: 2017-07-14

Digər

Əmək haqqı: Ödənişsiz
Vakansiya tipi: Təcrübə proqramı
Yerləşmə: Baki
Müddət: qeyd edilməyib

Sualın var?

Elan yerləşdirməklə və ya əməkdaşlıqla bağlı sual və təklifləriniz varsa bizimlə əlaqə saxlayın!

Email: info@stajer.az

X

Bizi izləyin!

Elanlarımızdan xəbərdar qalmaq üçün səhifəmizi bəyənin!