İş təcrübəsi tələb olunmur!

İlkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanları.

Satıcı-Konsultant - Bazar Store

İşin detalları

Bazarstore-Can şirniyyat firmasına ÖDƏNİŞLİ (maaşlı) satıcı-konsultant təcrübə proqramı var, dostlar !

Təcrübə prosesinin təsviri:
- Mağazalarda müştərilərə servisin göstərilməsi
- Müştərilərə məhsulun seçimində kömək
- Çeşid və məhsul haqqında müştərilərin konsultasiyası
- Satış müddətində daim ünsiyyətdə olduğu müştəriləri daha yaxşı tanımaq, öyrəndiklərini marketinq ilə bölüşmək və onların əldə saxlanılması üçün fikirlər irəli sürmək

Təcrübə yeri: Bazarstore mağazalarının Can şöbəsi

Təcrübə qrafiki: 6 iş günü 09:00 – 14:00 ; 15:00- 20:00 (5saatlıq dəyişən növbəli).

Təcrübə proqramının üstünlükləri:
- Satış sahəsində praktiki bilikləri əldə etmək
- Müştəri ehtiyaclarını öyrənmə və müştəri analizlərini edə bilmə şansı
- Yüksək satış nailiyyətlərinə görə xüsusi mükafatlar
- Gələcək marketinq karyerasında daha da güvənli olmaq

Uyğun namizədlər anketlərini canunmemulatlar@gmail.com mail ünvanına “Satıcı-konsultant” başlığı ilə göndərə bilərlər.

Təcrübə proqramını uğurla bitirən təcrübəçiyə şirkət tərəfindən xasiyyətnamə məktubu və sertifikat təqdim olunacaq.

Tələblər

- Marketinq sahəsində təhsil alan tələbə, məzun

- Cinsi: fərqi yoxdur

- Kommunikasiya bacarıqları: gülərüz, ünsiyyətcil, yüksək motivasiya, komandada işləmə bacarığı, məsuliyyətli

İşə götürən haqqında qısa

1996-cı ildə Azərbaycanın pərakəndə satış sahəsində ilk modern supermarket kimi fəaliyyətə başlayan Ramstore 2011-ci ildən “Azərsun Holdinq”in tərkibinə daxil olaraq Bazarstore adı ilə fəaliyyətini daha da genişləndirdi. Atdığı İnamlı addımları ilə qısa zamanda ölkənin ən əlverişli supermarketlər şəbəkəsinə çevrilən Bazarstore buna müştəri məmnuniyyətini qazanmaq üçün qarşısına qoyduğu hədəfləri düzgün seçməsi və bu istiqamətdə atdığı düşünülmüş addımları ilə nail oldu.

Tarixlər

Son müraciət: qeyd edilməyib
Başlama: qeyd edilməyib
Yerləşdirilib: 2016-07-13

Digər

Əmək haqqı: Ödənişli
Vakansiya tipi: Təcrübə proqramı
Yerləşmə: Bakı
Müddət: qeyd edilməyib

Sualın var?

Elan yerləşdirməklə və ya əməkdaşlıqla bağlı sual və təklifləriniz varsa bizimlə əlaqə saxlayın!

Email: info@stajer.az

X

Bizi izləyin!

Elanlarımızdan xəbərdar qalmaq üçün səhifəmizi bəyənin!