İş təcrübəsi tələb olunmur!

İlkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanları.

Multimedia Jurnalistikası üzrə təcrübə proqramı - GSR.fm

İşin detalları

Proqram iştirakçıları 4 ay müddətində redaksiya mühitində çalışaraq, aşağıdakı biliklərə dair təcrübə əldə edəcəklər:

  • TV/Radio süjetlərin hazırlanması;
  • TV/Radio canlı efirin hazırlanması;
  • TV/Radio debatların təşkili;
  • TV/Radio veriliş layihələrinin yazılması;
  • Araşdırma materiallarının hazırlanması;
  • Xəbər yazılış qaydaları;
  • Studiya və çəkiliş avadanlıqları ilə peşəkar davranış;
  • Peşəkar foto çəkiliş, foto proqramlarla iş, foto redaktə;
  • Video/Audio montaj proqramları;
  • Online media alətləri;
  • Sosial Media.

İştirakçılar nə əldə edəcəklər?

 

  • İştirakçılar redaksiya mühitində peşəkar multimedia jurnalistikasını öyrənə, real meteriallar – reportaj, canlı yayımlar və s. ilə biliklərini təkmilləşdirə biləcəklər.
  • Təcrübə proqramını uğurla bitirən iştirakçılar müxtəlif media qurumlarında fəaliyyətlərini davam etdirə bilmək üçün tövsiyə məktubu əldə edəcəklər.

Müraciət qaydası:

İştirak etmək istəyənlər 16 iyul 2016-cı il saat 00:00-a qədər CV və maraq məktublarını (müraciət edən şəxsin proqramda öyrənəcəklərinin gələcək kariyerasına təsiri barədə) radio@gsr.fm ünvanına göndərməlidirlər. Yalnız seçilmiş şəxslər müsahibəyə dəvət olunacaqlar.

Tələblər

  • 18-25 yaş arası jurnalistikaya həvəsi olan hər kəs.

İşə götürən haqqında qısa

GSR.FM təhsil, tibb, ailə və cəmiyyətimizdəki bir sıra aktual mövzuları əhatə edən materiallar hazırlayır. Radiomuzun canlı efirlərini, süjetlərini və podkastlarını saytımızdan dinləyə bilərsiniz.

Tarixlər

Son müraciət: 2016-07-16
Başlama: qeyd edilməyib
Yerləşdirilib: 2016-07-13

Digər

Əmək haqqı: Ödənişsiz
Vakansiya tipi: Təcrübə proqramı
Yerləşmə: Bakı
Müddət: 4 ay

Sualın var?

Elan yerləşdirməklə və ya əməkdaşlıqla bağlı sual və təklifləriniz varsa bizimlə əlaqə saxlayın!

Email: info@stajer.az

X

Bizi izləyin!

Elanlarımızdan xəbərdar qalmaq üçün səhifəmizi bəyənin!