İş təcrübəsi tələb olunmur!

İlkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanları.

Tərcüməçi (Könüllü) - ZZ Group

İşin detalları

İş yeri: Bakı

İş qrafiki: sərbəst, həftənin 5 günü (şənbə-bazar günləri və bayram günləri istisna olmaqla) 

İş saatı: sərbəst

Könüllü işi ödənişsiz əsasla təşkil olunur.

Könüllü kimi 3 ay müddətində işləyib öhdəliklərini uğurla başa vuran könüllülərin hər birinə ZZ GROUP tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir. Bu da həmin gənclərin növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır.

Qeyd edək ki, yüksək səviyyədə fərqlənən könüllülərə sertifikat və xasiyyətnamə ilə yanaşı eyni zamanda bonus da veriləcək və onlar gələcəkdə komandamızda daimi iş əldə etmək imkanı qazanacaqlar. 

Bu 3 ay müddətində bizimlə çalışan bütün könüllülər iş təcrübəsi, yeni tanışlıqlar və müsbət təəssüratlar qazanacaqlar.

Sizləri sıralarımızda görməyə şad olardıq. 

Arzu edən şəxslər öz CV-lərini careers@zzgroup.az ünvanına göndərə bilərlər. 

Qeyd: Seçim iki mərhələdən ibarətdir. İlk mərhələ CV-lərin nəzərdən keçirilib uyğun namizədlərin seçilməsi, ikinci mərhələ isə seçilən namizədlərin şirkət ofisinə müsahibə üçün dəvət olunmasıdır. 

Son müraciət tarixi: 15.08.2016 

Tələblər

Təcrübəyə sərbəst iş qrafikində cəlb olunmaq və işləmək imkanı olan tələbə, məzun və gənclər

Məqsədyönlü, kollektivdə işləməyi bacaran, səmimi, xoşrəftar, operativ və yaradıcı

Nəzərdə tutulan işləri müəyyən olunmuş qrafik üzrə yerinə yetirmək

İşlə bağlı təhkim olunduğu rəhbərliyin verdiyi tapşırıqları vaxtında icra etmək

Azərbaycan, rus və ingilis dillərini əla bilmək, o cümlədən bu dillərin qrammatika və normalarını yüksək şəkildə mənimsəmiş olmaq

Azərbaycan, rus və ingilis dillərində (digər dillər də arzu olunandır) yazılı tərcümə etmək bacarığı, şifahi nitq də arzu olunandır

Kompyuter və ofis proqramlarını bilmək, ofis avadanlıqlarından istifadə etməyi bacarmaq

İşində dəqiq, məsuliyyətli və punktual eləcə də işgüzar olmaq, komandada işləmək

Mətnləri tərcümə etmək və strukturlaşdırmaq

Saytda yerləşdiriləcək materialların tərtib olunmasında müəlliflərə kömək göstərmək

Saytın bölmələrini müvafiq məlumatla tamamlamaq, yenilikləri izləmək

Material və məqalələrin müəllifləri ilə daimi əlaqədə olmaq

ADA və Azərbaycan Dillər Universitetinin tələbə və məzunlarına üstünlük veriləcəkdir.

 

İşə götürən haqqında qısa

ZZ Group bir sıra istiqamətlər üzrə fəaliyyət göstərir və bir sıra mühüm əhəmiyyətli layihələr həyata keçirir.

Tarixlər

Son müraciət: 2016-08-15
Başlama: 2016-07-13
Yerləşdirilib: 2016-07-13

Digər

Əmək haqqı: Ödənişsiz
Vakansiya tipi: İş
Yerləşmə: Bakı
Müddət: 3 ay

Sualın var?

Elan yerləşdirməklə və ya əməkdaşlıqla bağlı sual və təklifləriniz varsa bizimlə əlaqə saxlayın!

Email: info@stajer.az

X

Bizi izləyin!

Elanlarımızdan xəbərdar qalmaq üçün səhifəmizi bəyənin!