İş təcrübəsi tələb olunmur!

İlkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanları.

Gənc Kadr hazırlığı - SOCAR

İşin detalları

TƏLİM MƏRKƏZİNƏ SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!

SOCAR, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili Mərkəzinə və Qobustan Regional Təlim Mərkəzinə qəbul üçün müsabiqə elan edir.

QeydAli və orta ixtisas təhsilli namizədlər attestat əvəzinə diplom təqdim etməlidirlər.

Təminatlar:

Şagirdlər təhsil aldıqları dövrdə:

  • gündəlik nahar;
  • aylıq təqaüd
  • xüsusi geyim
  • müvafiq peşə üzrə SOCAR-da vakansiya olduqda, iş təklifi

Müraciətlər elektron formada qəbul olunur. Tələb olunan sənədlər və qaydalar haqqında məlumatı "Qəbul qaydaları" bölməsindən, elektron müraciət formasını isə "Müraciət et" bölməsində doldura bilərsiniz.

Sıra

İxtisas

Yer sayı

Təlim Mərkəzi

Qeyd:

1

Avtomobil təmiri çilingəri*

10

QRTM

Ümumi respublika üzrə

2

Defektoskopçu*

5

KHTM

Ümumi respublika üzrə

3

Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru*

15

QRTM

Ümumi respublika üzrə

4

Elektrik qaz qaynaqçısı***

38

QRTM

16 yer regionlar üzrə

5

Plastmas qaynaqçısı*

5

KHTM

Ümumi respublika üzrə

6

Polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı*

10

QRTM

Ümumi respublika üzrə

7

Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər***

30

KHTM

Regionlar üzrə

8

Qaz qaynaqçısı***

18

STTM**

15 yer regionlar üzrə

9

Qazla kəsən***

10

KHTM

4 yer regionlar üzrə

10

Təmirçi çilingər***

18

QRTM

3 yer regionlar üzrə

*   Müvafiq ixtisaslar üzrə SOCAR-da vakansiyalar olacağı təqdirdə iş yerləri əsasən Bakı şəhərində və ona yaxın ərazilərdə olacaqdır
**  Tədris Sumqayıt Təlim, Tədris Mərkəzində təşkil olunacaq
*** Regionlar üzrə qəbul keçiriləcək ixtisasların yer sayı aşağıdakı kimidir (cədvəl 2):

Sıra

İxtisaslar

Zaqatala-Şəki

Salyan

Quba-Xaçmaz

Tərtər

Ağsu

Gəncə

Şəmkir

Lənkəran

Digər bütün regionlar
üzrə

CƏMİ

1

Elektrik qaz qaynaqçısı

1

1

4

1

4

2

3

-

22

38

2

Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər

4

1

1

4

3

5

7

5

-

30

3

Qaz qaynaqçısı

-

1

1

4

2

4

2

1

3

18

4

Qazla kəsən

1

-

-

1

-

2

-

-

6

10

5

Təmirçi-çilingər

-

-

-

-

-

2

-

1

15

18

Tələblər

1. İxtisaslar üzrə müvafiq olaraq rayon qeydiyyatı (Ümumi respublika üzrə qəbul keçirilən ixtisaslar üzrə qeydiyyat tələb olunmur) Azərbaycan Respublikası vətəndaşları; 
2. Cədvəl 2-də qeyd olunmuş peşələr üzrə müvafiq və ya ona yaxın rayon qeydiyyatı 
3. Yalnız kişilər (Bütün peşələr üzrə qadın əməyinin tətbiqi qadağan olunduğu üçün); 
4.15.09.2016-cı il tarixinədək 29 yaşı tamam olmamış;
5. Hərbi bileti olan (Həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq hərbi mükəlləfiyyətli); 
6. Sağlamlığı müvafiq peşənin tələblərinə uyğun olan (Müvafiq tibbi arayış təqdim edilməlidir); 
7. Ən azı tam orta təhsili olan gənclər (Hal-hazırda təhsilini davam etdirən gənclər müraciət edə bilməzlər). 

İşə götürən haqqında qısa

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİ

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində 3 istehsalat birliyi, 1 neft və 1 qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs statusuna malik 4 qurum fəaliyyət göstərir.

http://socar.az

Tarixlər

Son müraciət: 2016-07-15
Başlama: qeyd edilməyib
Yerləşdirilib: 2016-07-13

Digər

Əmək haqqı: Ödənişli
Vakansiya tipi: Təcrübə proqramı
Yerləşmə: Azərbaycanın regionları
Müddət: 6-12 ay

Sualın var?

Elan yerləşdirməklə və ya əməkdaşlıqla bağlı sual və təklifləriniz varsa bizimlə əlaqə saxlayın!

Email: info@stajer.az

X

Bizi izləyin!

Elanlarımızdan xəbərdar qalmaq üçün səhifəmizi bəyənin!