İş təcrübəsi tələb olunmur!

İlkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanları.

e-Kommersiya şöbəsində təcrübəçi - RADİUS Avtomobil Təkər Mərkəzi

İşin detalları

RADİUS Avtomobil Təkər Mərkəzi tələbələr üçün "Tələbə təcrübə proqramı"-nı təşkil edir!

Seçilmiş namizədlər "RADİUS"-da təcrübə keçməklə korporativ mühitdə real iş təcrübəsi, yeni iş vərdişlərinin yaranması, mövcud bilik və bacarıqların təkmilləşdirilməsi, müvafiq təlimlərdə iştirak etmək imkanı əldə edəcək.

Qeyd edək ki, sonda tələbələrə sertifikatlar veriləcək. Təcrübə proqramının müddəti tələbənin təcrübə keçdiyi şöbədən asılı olaraq 1-3 ay təşkil edəcək. Təcrübə proqramında iştirak pulsuzdur və əvəzi qarşılanmır.

Təcrübə keçmək istəyən şəxslərin "CV"-lərini "Subject" başlığına "Tələbə Təcrübə Proqramı – e-Kommersiya" yazaraq hr@radius.az ünvanına göndərmələri xahiş olunur.

Tələblər

∙ Azərbaycan, rus və ingilis dillərində sərbəst yazı qabiliyyətinin olması;
∙ Kompüter və ofis texnikasından sərbəst istifadə bacarığının olması;
∙ Məsuliyyətli, öyrənməyə meyilli, kreativ olması

İşə götürən haqqında qısa

Шинный центр Радиус - это строение общей площадью более 1900 м2, оснащенное по последнему слову техники. Собрав все необходимое современное оборудование и квалифицированных мастеров, мы предоставляем услуги высочайшего качества нашим посетителям.

http://radius.az/

Tarixlər

Son müraciət: 2016-07-18
Başlama: qeyd edilməyib
Yerləşdirilib: 2016-07-12

Digər

Əmək haqqı: Ödənişsiz
Vakansiya tipi: Təcrübə proqramı
Yerləşmə: Bakı
Müddət: 1-3 aylıq

Sualın var?

Elan yerləşdirməklə və ya əməkdaşlıqla bağlı sual və təklifləriniz varsa bizimlə əlaqə saxlayın!

Email: info@stajer.az

X

Bizi izləyin!

Elanlarımızdan xəbərdar qalmaq üçün səhifəmizi bəyənin!