İş təcrübəsi tələb olunmur!

İlkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanları.

Təcrübə Proqramı - AİOK-könüllü - Azərbaycan İntellektual Oyunlar Klubu

İşin detalları

Azərbaycanın ən böyük intellektual ailəsinə qoşul! 

Əgər Siz də gənc və dinamiksiniz, sosial fəaliyyətə qoşulmaq, özünüzü intellektual sahədə sınamaq, maraqlı yarışmalara qatılmaq, aktiv həyat tərzi keçirmək istəyirsinizsə təklif edilən bu fürsəti qaçırmayın! 

“Təcrübə Proqramı” vasitəsilə gənclər işgüzar həyatlarına ilk addımlarını atır, onları digərlərindən fərqləndirən, gələcəkdə uğurlu peşəkarlar kimi formalaşmalarında vacib olan təcrübi bilik, bacarıq və dəyərlər əldə edirlər. 

“Təcrübə Proqramı” üçün ayrılan vakansiyalar:
- PR departamenti, 
- HR departamenti, 
- Layihələr departamenti

İş şəraiti haqqında məlumat:
- İş qrafiki: sərbəst (fərdi müzakirə olunur) 
- Kompüterlərin, iş ləvazimatları və iş masalarının olması 
- İclas, təlim və seminar otaqları ilə təmin olunması.

Maraqlanan şəxslər CV-ni 22 dekabr 2016-ci il tarixinə qədər "AİOK-könüllü" qeyd etməklə

ulvi.movsumzade@gmail.com e-poçt ünvanına göndərə bilər. 

Seçim 2 mərhələdən ibarətdir. Göndərilmiş CV formaları arasında uğurlu CV formaları seçiləcək və müsahibəyə dəvət olunacaq. Namizədlər üçün yaş məhdudiyyəti yoxdur.

Qeyd edək ki, hal-hazırda Azərbaycanda intellektual xarakter daşıyan müxtəlif oyunlara (“Parlaq Zəka”, “Nə? Harada? Nə zaman?”, “Breyn-rinq”, “Mən Azərbaycanlıyam”, “Xəmsə”) böyük maraq vardır və bu maraq tədricən daha da artır, respublikanın hər guşəsində minlərlə gənci ölkədə intellektual oyunlar üzrə keçirilən çoxsaylı yarışlarda iştirak etməyə sövq edir.

Təmsil etdiyimiz Azərbaycan İntellektual Oyunlar Klubu da, Azərbaycan gənclərinin intellektual inkişafı üçün çalışmaqdadır. 

Klubumuz yarandığı qısa dövr ərzində Azərbaycan və rus dillərində çoxlu turnir, bir sıra ali təhsil müəssisələrində müxtəlif yarışmalar keçirməyə, regionlarda intellektual oyunlar klublarını təsis etməyə və yüzlərlə komandanın müntəzəm çıxış etdiyi çempionatlar təşkil etməyə müvəffəq olmuşdur. 

Klubumuz Beynəlxalq Klublar Assosiasiyasının üzvüdür .

AİOK tərəfindən ərsəyə gətirilən “Parlaq Zəka” verilişi fəaliyyətimizin televiziya sahəsini əhatə edir. 

Əlaqələndirici şəxs: Ülvi Mövsüm-zadə | (+994 51) 790-63-14

Tələblər

- Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı 
- Verilmiş tapşırıqları dəqiq yerinə yetirməyə hazır 
- Təşəbbüskar və məsuliyyətli 
- Komandada işləmək bacarığı 
- Kreativlik 
- Xarici dil biliklərinə üstünlük verilir (ingilis dili, rus dili və s.) 
- Kompüter biliklərinin olması

İşə götürən haqqında qısa

Klubumuz yarandığı qısa dövr ərzində Azərbaycan və rus dillərində çoxlu turnir, bir sıra ali təhsil müəssisələrində müxtəlif yarışmalar keçirməyə, regionlarda intellektual oyunlar klublarını təsis etməyə və yüzlərlə komandanın müntəzəm çıxış etdiyi çempionatlar təşkil etməyə müvəffəq olmuşdur. 

Klubumuz Beynəlxalq Klublar Assosiasiyasının üzvüdür .

AİOK tərəfindən ərsəyə gətirilən “Parlaq Zəka” verilişi fəaliyyətimizin televiziya sahəsini əhatə edir.

Tarixlər

Son müraciət: qeyd edilməyib
Başlama: qeyd edilməyib
Yerləşdirilib: 2016-12-14

Digər

Əmək haqqı: Ödənişsiz
Vakansiya tipi: Təcrübə proqramı
Yerləşmə: Bakı
Müddət: qeyd edilməyib

Sualın var?

Elan yerləşdirməklə və ya əməkdaşlıqla bağlı sual və təklifləriniz varsa bizimlə əlaqə saxlayın!

Email: info@stajer.az Mobil: 055 707 45 58; 051 459 61 16

X

Bizi izləyin!

Elanlarımızdan xəbərdar qalmaq üçün səhifəmizi bəyənin!