İş təcrübəsi tələb olunmur!

İlkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanları.

Mühəndis (Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsi) - SOCAR

İşin detalları

İdentifikasiya nömrəsi 11148
Vakansiyanın adı Mühəndis (Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsi, Tərtər rayonu)
Vakansiyanın elan tarixi 08.12.2016
Son müraciət tarixi 13.12.2016
Müəssisənin adı Azəriqaz İstehsalat Birliyi
Struktur vahidinin adı Tərtər Regional qaz İstismarı İdarəsi
Ödəniş növü Vəzifə maaş
Əməyin ödənilmə dərəcəsi 8 - 13
Vəzifə maaşının məbləği 506AZN - 848AZN
Əlavə ödənişlər Qanunvericiliklə SOCAR-ın normativ hüquqi aktlarına əsasən əmək şəraiti və vəzifə xüsusiyyətləri nəzərə alınaraq əlavə ödənişlər təyin edilə bilər.
İş yerinin ünvanı Tərtər şəhər, H.Əliyev prospekti
İş vaxtının norması NORM40/5
Əmək şəraiti Quruda
Vəzifə(peşə) funksiyaları • Ölçmələrin tələb olunan dəqiqliklə təmin olunmasını təşkil etmək; 
• İdarənin bütün fəaliyyət sahələrində metroloji təminatın hazırlanması işini yerinə yetirmək;
• İdarənin metroloji işlərinin illik və perspektiv planlarını baza təşkilatı ilə razılaşdırılmış şəkildə hazırlamaq və rəhbərliyin təsdiqinə vermək, yeni ölçmə texnikasının alınmasına və istehsalata tətbiq olunmasına nəzarət etmək;
• Ölçmələrin dəqiqliyi normasını reqlamentləşdirən, ölçmə vasitələrinin metroloji xarakteristikalarının, ölçmələrin yerinə yetirilmə metodlarını, yoxlama metod və vasitələrini, istehsalatın metroloji təminatını hazırlamaq, dövlət və sahə standartlarının, müəssisə standartlarının və başqa normativ sənədlərin tətbiq olunmasını təmin etmək;
• Ölçmə vasitələrinin yoxlanması və ölçmə vasitələrinin avtomatlaşdırılması ilə bağlı işlərdə iştirak etmək;
• İdarənin istehsalat fəaliyyətinin metroloji təminatına, ölçmə vasitələrinin vəziyyətinə və tətbiqinə, ölçmələrin yerinə yetirilmə metodlarının düzgün tətbiqinə nəzarət etmək;
• Nümunəvi və işçi ölçmə vasitələrinin lazımi vəziyyətdə saxlanılması, dövlət standart orqanlarının verdiyi səlahiyyət daxilində ölçmə vasitələrinin müəssisədaxili yoxlanması işlərinə nəzarət etmək;
• Ölçmə vasitələrinin yoxlama periodikliyinin müəyyən olunması, müəssisədaxili yoxlama qrafiklərinin hazırlanması və onların yerinə yetirilməsinə nəzarət etmək;
• Mütləq dövlət yoxlamasından keçirilməli olan ölçmə vasitələrinin dövlət standart orqanları ilə razılaşdırılması və onların vaxtında dövlət yoxlamasından keçməsini təmin etmək;
• İdarənin istehsalat sahələrinin nəzarət-ölçü cihazları və sistemləri ilə təchiz olunmasını təşkil etmək;
• Nəzarət-ölçü cihazlarının, vasitələrinin, sistemlərinin saz vəziyyətdə
istifadə edilməsinə, onların vaxtında təmirinə və sınaqdan keçirilməsinə nəzarət etmək;
• İslehsalat sahələrində nəzarət ölçü cihazlarının sazlığını yoxlamaq (plan üzrə) və aşkar edilmiş nasazlıqların aradan qaldırılması üzrə tədbirlər görmək.

Müraciət üçün link

Tələblər

Təhsil İstiqaməti Sahə üzrə  
Tələb olunan minimum təhsil səviyyəsi Bakalavr
Tələb olunan əmək fəaliyyəti  
Tələb olunan kompüter bilik səviyyəsi Excell - yaxşı; Word - yaxşı;
Bilməlidir • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nı;
• “Qaz təsərrüfatında texniki istismar qaydaları”nı;
• “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nı;
• Qaz təsərrüfatı sahələrində müasir elektron ölçü vasitələri, ölçü qovşaqları və standartların tətbiqi qaydalarını;
• Texniki manometrlərin, qazanalizatorların istismarı, dövlət yoxlanmasına göndərilməsi və təhlükəsiz istifadə qaydalarını;
• Elektron korrektorlu sayğacları, onların işləmə prinsipi və quraşdırılması qaydalarını; 
• Əhali abonentlərinin mənzillərində (evlərdə) və qeyri-yaşayış sahələrində qaz sayğaclarının quraşdırılması və istismarı qaydalarını.

İşə götürən haqqında qısa

www.socar.az

Tarixlər

Son müraciət: 2016-12-13
Başlama: qeyd edilməyib
Yerləşdirilib: 2016-12-12

Digər

Əmək haqqı: Ödənişli
Vakansiya tipi: İş
Yerləşmə: Tərtər rayonu
Müddət: qeyd edilməyib

Sualın var?

Elan yerləşdirməklə və ya əməkdaşlıqla bağlı sual və təklifləriniz varsa bizimlə əlaqə saxlayın!

Email: info@stajer.az

X

Bizi izləyin!

Elanlarımızdan xəbərdar qalmaq üçün səhifəmizi bəyənin!