İş təcrübəsi tələb olunmur!

İlkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanları.

Topoqraf - SOCAR

İşin detalları

İdentifikasiya nömrəsi 11174
Vakansiyanın adı Topoqraf
Vakansiyanın elan tarixi 07.12.2016
Son müraciət tarixi 12.12.2016
Müəssisənin adı Geofizika və Geologiya İdarəsi
   
Ödəniş növü Vəzifə maaş
Əməyin ödənilmə dərəcəsi 8 - 10
Vəzifə maaşının məbləği 506AZN - 624AZN
Əlavə ödənişlər Qanunvericilikdə SOCAR-ın normativ hüquqi aktlarına əsasən əmək şəraitinə və vəzifə xüsusiyyətlərini nəzərə alaraq iş rayonundan asılı olaraq daimi içməli su mənbəyindən uzaqda yerləşmə məsafəsinə görə 20-40% əlavə ödəniş edilə bilər
İş yerinin ünvanı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küç.4
İş vaxtının norması NORM40/5
Əmək şəraiti Səyyar xarakterli
Vəzifə(peşə) funksiyaları • Geofiziki tədqiqat işlərinin layihələndirilməsi zamanı topoqrafik xəritələrin hazırlanmasında iştirak etmək; 
• Çöl işləri zamanı GPS şəbəkəsinin yaradılmasında, koordinatların təyin edilməsində, zəruri hallarda koordinatların bir sistemdən başqa sistemə keçirilməsində iştirak etmək;
• Layihə profillərinin sxemə salınmasıda, iş rayonlarının icmal xəritələrinin hazırlanmasında, iş sahələrinin rekoqnossirovkasıında, çöl dəstələrinin yekun topogeodeziya hesabatlarının (kataloqun) tərtibində iştirak etmək;
• Topogeodeziya cihazlarının müasir təlimatlara uyğun istismarını və onların saz vəziyyətdə saxlanılmasını təmin etmək; 
• Topogeodeziya cihazlarının yenilənməsi və ya onlara ehtiyat hissələrinin alınması üçün təkliflər vermək; 
• Ölçü vasitələrinin qeydiyyatını aparmaq, topoqrafiya işlərinin yerinə yetirilməsi haqqında hesabatı hazırlanmaq.

Müraciət üçün link

Tələblər

Təhsil İstiqaməti Sahə üzrə  
Tələb olunan minimum təhsil səviyyəsi Bakalavr
Tələb olunan əmək fəaliyyəti  
Tələb olunan kompüter bilik səviyyəsi Internet - yaxşı; Word - yaxşı; Excell - yaxşı;
Tələb olunan xarici dil bilik səviyyəsi Rus - zəif;
Vakansiya tələbinə uyğun təlimlər Tələb olunmur
Bilməlidir • Çöl və kameral topoqrafiya-geodeziya işlərinin aparılmasına aid normativ və başqa rəhbər sənədləri haqqında;
• Topoqrafiya-geodeziya işlərinin planlaşdırılmasını və təşkilini; 
• Topoçəkiliş və geodeziya işlərinin aparılmasını; 
• Topogeodeziya cihazlarının texniki xarakteristikasını, konstruksiyasının xüsusiyyətini, onların iş prinsipini və onun mahiyyətini, təmirin texnologiyasını,ölçmənin metodları; 
• Xəritələrin (planların) tərtibat qaydalarını; 
• Radio-rabitə əlaqəsinin qurulmasını; 
• Topogeodeziya işlərinin aparılması sahəsində ölkə və xarici ölkələrin qabaqcıl təcrübələrini; 
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Tələb olunan digər bilik və bacarıqlar Tələb olunmur

İşə götürən haqqında qısa

www.socar.az

Tarixlər

Son müraciət: 2016-12-12
Başlama: qeyd edilməyib
Yerləşdirilib: 2016-12-12

Digər

Əmək haqqı: Ödənişli
Vakansiya tipi: İş
Yerləşmə: Bakı şəhəri
Müddət: qeyd edilməyib

Sualın var?

Elan yerləşdirməklə və ya əməkdaşlıqla bağlı sual və təklifləriniz varsa bizimlə əlaqə saxlayın!

Email: info@stajer.az

X

Bizi izləyin!

Elanlarımızdan xəbərdar qalmaq üçün səhifəmizi bəyənin!