İş təcrübəsi tələb olunmur!

İlkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanları.

MƏHKƏMƏ İŞLƏRİ ÜZRƏ HÜQUQŞÜNAS - FINCA Azerbaijan

İşin detalları

İşin təsviri

FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı QUBA və ya SUMQAYIT filialı üçün yalnız 1 vakansiya üzrə MƏHKƏMƏ İŞLƏRİ ÜZRƏ HÜQUQŞÜNAS vəzifəsinə işçi axtarışı elan edir.

 

Bu vəzifənin əsas məqsədi məhkəmə və mülki işlərin idarə edilməsi, təşkilat daxilində əməliyyatların hüquqi dəstəklənməsidir.

 

Əsas vəzifə öhdəlikləri:

 

  • Təşkilatın fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
  • Öz bacarıqları daxilində Problemli Kreditlər Şöbəsinin Rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin təşkilatın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
  • Bütün fəaliyyətini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
  • Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələr, şikayətlər, vəsatətlər və digər sənədləri hazırlamaq və məhkəməyə təqdim etmək;
  • Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək;
  • PKŞ Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları vaxtında icra etmək.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı 18 Dekabr 2016-cı il tarixinədək recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərə bilərsiniz. Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Tələblər

    • Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük veriləcək);
    • Yüksək təhsil göstəricilərinə malik olmaq;
      • Mülki, mülki-prosessual, ipoteka haqqında, həmçinin bank qanunvericiliyini mükkəməl bilmək;
      • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq (İngilis və Rus dillərini bilmək arzuolunandır);
    • Regionlara səfər etmək imkanına malik olmaq;
      • MS Office proqramlarını mükəmməl bilmək;
      • Təşkilat və onun missiyasına yüksək sadiqlik;
      • Əla şəxsi keyfiyyətlər;
      • Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

İşə götürən haqqında qısa

http://www.finca.az/

Tarixlər

Son müraciət: 2016-12-18
Başlama: qeyd edilməyib
Yerləşdirilib: 2016-12-12

Digər

Əmək haqqı: Ödənişli
Vakansiya tipi: İş
Yerləşmə: QUBA və ya SUMQAYIT
Müddət: qeyd edilməyib

Sualın var?

Bizimlə əlaqə saxlayın. Bizə email yazın və ya zəng edin!

Email: info@stajer.az Mobil: 055 707 45 58; 051 459 61 16

X

Bizi izləyin!

Elanlarımızdan xəbərdar qalmaq üçün səhifəmizi bəyənin!