İş təcrübəsi tələb olunmur!

İlkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanları.

Marketinq Departamentinə təcrübəçi - DəmirBank

İşin detalları

DəmirBank ASC Marketinq Departamentinə təcrübəçiləri seçim prosesinə dəvət edir.

27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən peşəkar əməkdaşlarımızla ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Təcrübə müddətində əldə edəcəyiniz peşəkar bilik və təcrübə:

 Reklam planlarının, kampaniyalarının və tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
 Reklam və İctimaiyyətlə Əlaqələr sahəsində kreativ reklam və dizayn ideyalarının hazırlanması və tətbiqi formalarını öyrənmək;
 Qəbul olunmuş marketinq araşdırmaları planına uyğun olaraq daim bazar araşdırmalarının aparılması, mövcud məhsul və xidmətlərin yeni bazarlarının, onların bazar qiymətlərinin və muştəri qruplarının müəyyənləşdirilməsi qaydaları ilə tanış olmaq;
 Rəqiblərin araşdırılması, onlar üzrə məlumat bazasının yaradılması və onun daim təkmilləşdirilməsi prosesi ilə tanış olmaq;
 Marketinq araşdırmaları layihəsinin işlənib hazırlanması və müvafiq təsdiqdən sonra yerinə yetirilməsi prosesində iştirak etmək.

 

Göstərilən tələblərə cavab verən namizədlər 10 dekabr 2016-cı il tarixinədək öz CV-lərini hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Marketinq Departamentinə təcrübəçi şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Tələblər

 Ali təhsil (marketinq və biznes sahəsi üzrə ali təhsil olanlara üstünlük verilir);
 Analitik təhlil qabiliyyəti olmalı;
 Azərbaycan və ingilis dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığına malik olmalı;
 Yönləndirilən suallara dolğun və səlis cavab vermək bacarığının sahib olmalı;
 Məlumatlandırma, detallara diqqət, peşəkarlıq və yüksək təzyiq altında işləmək bacarığının malik olmalı;
 Məsulliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmalı.

İşə götürən haqqında qısa

http://www.demirbank.az

Tarixlər

Son müraciət: 2016-12-10
Başlama: qeyd edilməyib
Yerləşdirilib: 2016-12-03

Digər

Əmək haqqı: Ödənişsiz
Vakansiya tipi: Təcrübə proqramı
Yerləşmə: Bakı
Müddət: qeyd edilməyib

Sualın var?

Elan yerləşdirməklə və ya əməkdaşlıqla bağlı sual və təklifləriniz varsa bizimlə əlaqə saxlayın!

Email: info@stajer.az Mobil: 055 707 45 58; 051 459 61 16

X

Bizi izləyin!

Elanlarımızdan xəbərdar qalmaq üçün səhifəmizi bəyənin!