İş təcrübəsi tələb olunmur!

İlkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanları.

Məzmun Təminatı (Content Management) istiqaməti üzrə Təcrübə Proqramı - ATL Consulting

İşin detalları

ATL Consulting”  şirkətinin əsası 2011-ci ildə qoyulub, şirkətin başlıca  məqsədi qeyri-qənaətbəxş vəziyyət ilə üzləşmiş biznes müəssisələrinə müxtəlif səpkili konsaltinq xidmətləri vasitəsi ilə dəstək verməklə, işgüzar effektivliyin artırılmasına nail olmaqdan ibarətdir.

ATL Consulting” şirkətinin xidmət sahələrinə marketinq fəaliyyəti, reklam və PR üzrə konsaltinq, bazar araşdırmaları, layihələrin idarə olunması, təlimlər, biznes müayinəsi kimi istiqamətlər daxildir. İşimizin əsas meyarlarından biri müştərilərimizin ehtiyaclarını diqqətlə öyrənmək və onların fəaliyyət istiqamətləri üçün ən uyğun həll yolunu təklif etməkdir.

Hazırda “ATL Consulting” şirkəti “Məzmun təminatı” ( Content Management) istiqaməti  üzrə Təcrübə Proqramını açıq elan edir:

 

Əsas öhdəliklər:

• İnternet səhifələri üçün müxtəlif səpkili məlumatların  hazırlanması; 
• Təqdimat və məqalələr üçün yazılar, məlumat/xəbərlərin hazırlanması və yerləşdirilməsi;
• Həyata keçirilən layihələr və tədbirlər haqda məlumatların hazırlanması.
• Təcrübə Proqramını müvəffəqiyyətlə bitirən iştirakçılar, əməkdaşımız olaraq komandamıza qatılmaq hüququ qazanacaqdır.

Təcrübə Proqramı ilə maraqlanan namizədlər CV-ni mövzu yerində "Content Manager" qeyd etməklə internship@atl.az elektron ünvanına göndərə bilərlər.

Tələblər

• Rus və azərbaycan dillərini mükəmməl bilməli;
• Hər iki dildə ədəbi tərzdə yazmaq qabiliyyəti olmalı;
• Müxtəlif növ mətn, məqalə və təqdimatlarla işləmə, analiz etmə qabiliyyəti olmalı;
• Ofis proqramlarından istifadə bacarığı olmalıdır
• Rəsmi yazışmalar haqda ilkin məlumata malik olmalı;
• Azərbaycan və rus dillərindən qarşılıqlı tərcümə bacarığı olmalı.

İşə götürən haqqında qısa

http://atl.az/en/divisions/atl-consulting

Tarixlər

Son müraciət: 2016-12-23
Başlama: qeyd edilməyib
Yerləşdirilib: 2016-12-02

Digər

Əmək haqqı: Ödənişsiz
Vakansiya tipi: Təcrübə proqramı
Yerləşmə: Bakı
Müddət: qeyd edilməyib

Sualın var?

Bizimlə əlaqə saxlayın. Bizə email yazın və ya zəng edin!

Email: info@stajer.az Mobil: 055 707 45 58; 051 459 61 16

X

Bizi izləyin!

Elanlarımızdan xəbərdar qalmaq üçün səhifəmizi bəyənin!