İş təcrübəsi tələb olunmur!

İlkin iş təcrübəsi tələb etməyən ödənişli və ödənişsiz iş, layihə və yay-qış tələbə iş təcrübəsi elanları.

İnsan Resursları Departamentinə Təcrübəçi - DəmirBank

İşin detalları

DəmirBank ASC İnsan Resursları Departamentində Mükafatlar və Motivasiya tədbirləri şöbəsi üzrə təcrübəçilərin seçim prosesinə dəvət edir.

27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşlarımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Təcrübə müddətində əldə edəcəyiniz peşəkar bilik və təcrübə:

• Bankın işçilərinin avanslarının və aylıq əmək haqqının hesablanması, davamiyyət tabellərinin göndərilməsinin və SAP sistemində qeydiyyata alınmasının öyrənilməsi;
• Davamiyyət məlumatlarının bank proqramına daxil edilməsi qaydaları ilə tanış olma;
• Əmək haqqı ilə bağlı SAP sistemində bütün məlumatların daxil edilməsinin öyrənilməsi;
• Ezamiyyə ödənişlərinin hesablanması, işçilərə müəyyən dövr üçün əmək haqqı çıxarışları barədə arayışların hazırlanmasında iştirak etmə;
• Ödənilən əmək haqqı və digər ödənişlərlə bağlı qanunvericilik barədə məlumatlanma.

 

Göstərilən tələblərə cavab verən namizədlər 10 dekabr 2016-ci il tarixinədək öz CV-lərini hr@demirbank.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində İnsan Resursları Departamentinə Təcrübəçi şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, təcrübəyə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Tələblər

• Ali təhsil (iqtisadiyyat, tətbiqi riyaziyyat, mühasibat uçotu, maliyyə);
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;
• Komandada işləmək bacarığına sahib olmalı;
• Yüksək analitik düşünmə qabiliyyətinə malik olmalı;
• MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı

İşə götürən haqqında qısa

http://www.demirbank.az/

Tarixlər

Son müraciət: 2016-12-10
Başlama: qeyd edilməyib
Yerləşdirilib: 2016-12-02

Digər

Əmək haqqı: Ödənişsiz
Vakansiya tipi: Təcrübə proqramı
Yerləşmə: Bakı
Müddət: qeyd edilməyib

Sualın var?

Elan yerləşdirməklə və ya əməkdaşlıqla bağlı sual və təklifləriniz varsa bizimlə əlaqə saxlayın!

Email: info@stajer.az Mobil: 055 707 45 58; 051 459 61 16

X

Bizi izləyin!

Elanlarımızdan xəbərdar qalmaq üçün səhifəmizi bəyənin!